Türkiyə daha 46 ölkəyə uçuşları dayandırdı

19:20 21-03-2020 343

Türkiyə koronavirus təhlükəsinə görə daha 46 ölkəyə uçuşları dayandırıb.

“Haber Global”ın məlumatına görə, Nəqliyyat və İnfrastruktur Nazirliyi bu barədə açıqlama yayıb. 

Bildirilir ki, bu gün yerli vaxtla 17:00-dan Türkiyədə uçuşların dayandırıldığı 22 ölkəyə 46 ölkə də əlavə edilir.

Beləliklə, Türkiyə 68 ölkə ilə qarşılıqlı uçuşlarını dayandırıb.