Bu ölkədə də koronavirusdan ilk ölüm faktı qeydə alındı

02:20 22-03-2020 367

Litvada ilk koronavirusdan ölüm faktı qeydə alınıb. 

TASS xəbər verir ki, bunu Litvanın Milli Fövqəladə Vəziyyətlərə Reaksiya Mərkəzinin nümayəndəsi Hedrius Surplis bildirib. 

Məlumatda qeyd olunur ki, həmin şəxsin vəziyyəti daha əvvəl də keçirdiyi xroniki xəstəliklər səbəbindən ağırlaşıb

Son məlumatlara görə, hazırda Litvada koronavirusa yoluxanların ümumi sayı 69 nəfərdir.