Bakıda 36 yaşlı kişi bıçaqlandı

03:00 22-03-2020 638

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, Xətai rayon sakini, 1984-cü il təvəllüdlü Müsəllimov Həmzə Elgün oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı H.Müsəllimovun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.