Platini həbs olundu

12:36 18-06-2019 668

UEFA-nın keçmiş prezidenti Mişel Platini saxlanılıb.

Bu barədə “Mediapart” nəşri məlumat verir.

Saxlanılmanın Platininin korrupsiyada şübhəli bilinməsi ilə əlaqədar olduğu deyilir. 2010-cu ilin dekabr ayında FIFA-nın 2022 Dünya Çempionatının ev sahibliyini Qətərə həvalə etməsi qalmaqala səbəb olub.

Dünya və Avropa futbol qurumlarının bir sıra ali rəsmiləri səslərin satılmasında şübhəli bilinir.