Dünyanın sənaye nəhəngləri – TOP 10

08:20 22-03-2020 548

BMT-nin statistika bölməsi tərəfindən dərc edilən hesabata əsasən, Çin dünyada sənaye istehsalının inkişafı üzrə liderdir. 

Sənaye istehsalının həcminə görə lider olan 10 ölkəni təqdim edirik:

10. Meksika

Meksika Latın Amerikasında ən inkişaf etmiş ölkələrdən biridir. Burada sənayenin metallurgiya, maşınqayırma, kimya və neft-kimya, yeyinti kimi sahələri inkişaf edib.

9. Böyük Britaniya

Böyük Britaniya tarixən sənaye sahəsində liderdir. Burada neft emalı, kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika və yüngül sənaye sahələri inkişaf edib.

8. Fransa

Fransa kimya və neft-kimya sənayesində dünya liderlərindən biridir. Burada maşınqayırma, elektrotexnika kimi sahələr də inkişaf edib. Ölkənin yüngül və qida sənayesi xüsusilə seçilir. Belə ki, Fransa bütün dünyada geyimi, ayaqqabısı, şərabları və pendirləri ilə məşhurdur.

7. İtaliya

İtaliya bütün dünyada modanın əsasını qoyan ölkə hesab olunur.  İtaliyadan olan geyim, ayaqqabı, çanta və aksessuarlara böyük tələbat var. Bundan başqa, burada avtomobil sənayesi də inkişaf edib.

6. Hindistan

Hindistan dünyada ağır sənayenin inkişaf səviyyəsinə görə liderlərdən biridir. Burada dağ-mədən, emal sənayesi, energetika kimi sahələr inkişaf edib.

5. Cənubi Koreya

Cənubi Koreya dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərindən biridir. Ölkə iqtisadiyyatında xidmət sahəsinin aparıcı rol oynamasına baxmayaraq, sənaye ölkənin ÜDM-ə də böyük töhfə verir. Burada yeyinti, yüngül sənaye, neft emalı, gəmiqayırma, metallurgiya, maşınqayırma, həmçinin yüksək texnologiyalı istehsal kimi sahələr inkişaf edib.

4. Almaniya

Almaniya bir sıra sənaye sahələrində liderdir. Əsas sahələri maşınqayırma, elektrotexnika, kimya, avtomobil və gəmiqayırmadır.

3. Yaponiya

Yaponiya dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən biridir. Maşınqayırma, energetika, yüngül və yeyinti sənayesi Yaponiyada inkişaf etmiş əsas sahələrdir.

2. ABŞ

ABŞ bir çox parametrlərə görə dünya lideridir. Ölkədə sənayenin neft və qaz hasilatı, yüngül və yeyinti, maşınqayırma, kimya, aerokosmik kimi sahələri inkişaf edib.

1. Çin

Çin sənaye istehsalının həcminə görə mütləq liderdir. Burada dağ-mədən sənayesi, maşınqayırma, sement, silah istehsalı və s.kimi sahələr inkişaf edib. Çin dünyada sənaye məhsullarının əksər növlərinin ən böyük istehsalçısıdır.