Koronavirusa görə Moskva metrosu işləməyəcək? - Mer açıqladı

10:40 22-03-2020 324

Koronavirusla əlaqədar Moskva metrosunun iş rejimində dəyişiklik olmayacaq.  

TASS-ın məlumatına görə, bu barədə Moskva meri Sergey Sobyanin açıqlama verib.  

O bildirib ki, metronun iş rejimində hansısa fasilə olmayacaq:  

“Metronu ümumiyyətlə dayandırmaq olmaz. Sistem elə quraşdırılıb ki, vaqonlar daim hərəkətdə olmalıdır və bununla da hava axını tənzimlənməlidir. Əgər indi metronu dayandırsaq, sonra yarım il onun fəsadları ilə məşğul olacağıq. Buna görə də istənilən halda metro daim işləyəcək”.