Göygöl Şərab Zavodu Koronavirusla Mübarizə Fonduna 300 min manat köçürdü

16:20 22-03-2020 398

Azərbaycanın içkilər istehsal edən ən qədim müəssisəsi olan “Göygöl Şərab Zavodu” ASC dünyada tüğyan edən COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Göygöl Şərab Zavodu koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürüb.

“Göygöl Şərab Zavodu” ASC Azərbaycanın 160 illik tarixə malik şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. Şirkət məhsullarını “Xan” ticarət nişanı ilə istehsal edir. Həmçinin, “Göygöl Şәrab Zavodu” Azərbaycanın ən böyük spirt zavodudur.