“Planet Parni iz Baku” konsertlərinin vaxtını dəyişdi - VİDEO

01:40 24-03-2020 573

“Planet Parni iz Baku” KVN teatrının beş günlük konserti təxirə salınıb.

HerGun.Az xəbər verir ki, ölkədəki durumla əlaqədar olaraq “TV-yə giriş sərbəstdir” konserti 15-19 aprel tarixlərində baş tutmayacaq.

Artıq yeni tarix də bəllidir. İndi “Planet Parni iz Baku” sevərlər iki ay gözləməli olacaq. Belə ki, konsertlərin vaxtı 3, 4, 5, 6 və 7 iyun tarixlərinə təyin edilib.

Qeyd edək ki, daha əvvəl “Bu Şəhərdə”nin mart ayına planlaşdırılmış konsertləri təxirə salınmışdı. “Cana Var” adlı həmin konsertlər may ayına keçirilib. 

Səbuhi Musayev