Tovuzda içməli su əvəzinə palçıq gəlir - VİDEO

12:54 12-07-2019 15

Tovuzda içməli su problemi yaranıb.

Sakinlərin HerGun.Az-a göndərdiyi videogörüntüdən aydın olur ki, rayon əhalisinə verilən içməli su istifadəyə yararsızdır.

Belə ki, suyun tərkibində həddindən artıq çirklənmə müşahidə olunur. 

Məsələ barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 8 saylı Regional Su-kanal İdarəsindən HerGun.Az-a bildiriblər ki, Tovuzda güclü sellə əlaqədar Zəyəmçayda daşqın olub:

“Nəticədə, suda lillənmə baş verib. Artıq problem həll edilib, bulanıqlıq standartlara uyğun həddə enib”.

İlhamə Əbülfət