Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu

02:00 25-03-2020 334

Harvard Universitetinin prezidenti Lourens Bekou və onun həyat yoldaşı koronavirusa yoluxub. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təhsil müəssisəsinin saytında dərc olunan bəyanatında deyilir.  

Aparılan müayinələr zamanı onların hər ikisində koronavirus aşkar edilib. 

Universitet prezidenti qeyd edib ki, nə özünün, nə də həyat yoldaşı Adelin necə yoluxduğunu bilirlər. 

Xatırladaq ki, bu ayın əvvəlində Harvard Universitetinin tələbələri koronavirus səbəbindən distant təhsilə keçiblər.