Yunanıstanda iki gün ərzində koronavirusa görə 766 nəfər cərimələnib

02:40 25-03-2020 358

Yunanıstanda dünəndən koronavirusun yayılmasınını qarşısını almaq üçün vətəndaşların evdən çıxmasına qadağa qoyulub.

“RİA Novosti” xəbər verir ki, yalnız işə və ya həkimə gedənlər, ərzaq və dərman almaq istəyənlər, həmçinin idman etmək istəyənlər çölə çıxa bilərlər.

Lakin dünəndən bu yana ölkə polisi karantin qaydalarını pozan 766 vətəndaşı cərimələyib.

Qeyd etmək lazımdır ki, cərimələnən şəxslər 150 avro ödəməli olacaqlar.