İki aylıq küçük “qanlı ölümü” ilə öz sahibini qorxutdu – FOTO

08:20 25-03-2020 537

Qodi adında iki aylıq korqi cinsindən olan küçük öz vyetnamlı sahibini dəhşətli dərəcədə qorxudub.

“Daily Mail” xəbər verir ki, evə gəldikdə küçüyün qanlar içində yerdə uzandığını görən kişinin qorxudan ayaqları tutulub.

Lakin qətl səhnəsinə bənzəyən bu mənzərənin başqa səbəbi olub.

Ac olan Qodi pitaya (əjdaha meyvəsi) yeyərkən meyvənin qırmızı şirəsi onun üzərinə yaxılıb. Doyduqdan sonra isə küçük uzanıb yatıb.

Qeyd etmək lazımdır ki, Qodi itlərə xas olmayan tərzdə - beli üstə yatmağı xoşlayır.

Məhz buna görə itin üzərində qırmızı ləkərlə yerdə uzanması qətl hadisəsinə bənzəyib.