Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə sosial videoçarxlar hazırlayıb - VİDEO

10:00 25-03-2020 393

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarxlar hazırlayıb.

Vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial videoçarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.