Eyvaz Hüseynovun çuvalda gizlətmək istədiyi cida - Xocavənddə baş həkim müəmması davam edir...

14:13 12-07-2019 77

Xocavəndin icra başçısı kim olacaq? Nurəngiz Bəşirovanın rayon əhalisi arasında nüfuzunun olmamması da Azər Süleymanovun şanslarını daha da artırır...

Bir neçə gün öncə PİA.az saytı Xocavənd rayon Mərkəzi Xəstəxanası ilə bağlı “Xocavənd Mərkəzi Xəstəxanasında müəmma – Baş həkim kimdir?” adlı məlumat yaymışdı. Həmin məlumatda qeyd etmişdik ki, bu rayonun səhiyyə sistemində anormal bir durum hökm sürür.

PİA.az-a daxil olan məlumatda hazırda rayon xəstəxanasının baş həkimi vəzifəsini daşıyan Rüfət Hüseynov formal bir fiqura çevrilib. Belə ki, Xocavənd sakinləri iddia edirlər ki, rəsmi olaraq Rüfət Hüseynov baş həkim vəzifəsini daşısa da rayon səhiyyəsini keçmiş baş həkim Nurəngiz Bəşirova idarə edir.

PİA.az-a daxil olan məlumatda bildirilirdi ki, Xocavənd Mərkəzi Xəstəxanasında sıravi həkim kimi çalışan xanım Bəşirova Rüfət Hüseynovun kabinetində əyləşməklə bərabər, həm də qurumun bütün maliyuə işlərinə nəzarət edir.

Həmin məqalədən iki gün sonra saytımızın elektron poçtuna təkzib məktubu ünvanlandı. Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Rüfət Hüseynov saytımızın elektron ünvanına məktub yazaraq onun soyadının Səfərov deyil, Hüseynov olduğunu vurğulayaraq bildirirdi ki, yazıda irəlü sürülən iddialar əsasıszdır və o, baş həkim olaraq öz vəzifəsini layiqincə icra edir. Biz həmin məktubu olduğu kimi dfərc etdik və Rüfət Hüseynovun soyadını texniki səhvə yol verərək Səfərov kimi qeyd etdiyimizə görə baş həkimə öz üzrxahlığımızı çatdırdıq.

Lakin elektron poçtumuza göndərilən məktubun maraqlı nüansı cənab Rüfət Hüseynovun “Nurengiz Beshirova <[email protected]>” ünvanından bizə təkzib məktubunu yollaması idi. Yəni böyük ehtimalla məktubu əslində xanım Nurəngiz Bəşirovanın göndərdiyini deyə bilərik. Xanım Bəşirovanın elektoron poçtundan göndərilən məktubdan baş həkim Rüfət Hüseynovun xəbərdar olub olmadığı isə bizə məlum deyil. Qeyd edək ki, Rüfət Hüseynovun adında saytımıza təkzib məktubu yollayan Nürəngiz Bəşirova iddia edir ki, o heçdə baş həkimin otağını zəbt etməyib və yalnız sıravi həkim kimi çalışır.

Xanım Bəşirovanın tez tələsik yazıb göndərdiyi təkzib məktubu saytımızda dərc edildikdən sonra PİA.az Xocavənd rayon İcra Hakimiyyətindən adının açıqlanmasını istəməyən mənbədən ilginc məlumat daxil oldu. Həmin məlumatda bildirilirdi ki, PİA.az-ın Xocavənd Mərkəi Xəstəxanasında baş verən hadisələri tam aydınlığı ilə yazması Nürəngiz Bəşirova ilə rayon icra başçısı Eyvaz Hüseynovun ciddi narahatllıqlarına səbəb olub. Hətta icra başçısı ilə xanım Bəşirova Xocavənd xəstəxanasında və İcra hakimiyyətində “məlumat”ı sızdıranın axtarışına başlayıblar. Mənbəmiz qeyd edir ki, PİA.az-ın Xocavənd Mərkəzi Xəstəxanası ilə bağlı yazdığı xəbər həqiqətən doğrudur.

Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə isə rayon xəstəxanasını Nürəngiz Bəşiovanın idarə etməsinin şahidləri Xocavənddə yüzlərlədir. Tibb müəsissəsinin heyyəti, icra hakimiyyətinin işçiləri və sıravi vətəndaşlar Xocavənd səhiyyəsinin əslində Nurəngiz Bəşirova tərəfindən iidarə olunduğunu yaxşı bilirlər. Çünki o boyda cidanı çuvalda gizlətmək mümkün deyil.

Qeyd edək ki, hazırda Xocavənd rayon İcra hakimiyyətinin rəsmi saytında Nürəngiz Bəşirova yenədə baş həkim kimi göstərilir. Düzdür icra hakimiyyətinin idarələr bölməsində rayon xəstəxanasının baş həkimi Rüfət Hüseynovun adı da qeyd edilib. Amma Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri siyahısında Nürəngiz Bəşirovanın adı Mərkəzi Xətəxananın baş həkimi kimi göstərilib.

Mənbə PİA.az