Tramp G20 liderlərinin danışıqlarını qiymətləndirdi

02:20 27-03-2020 496

“Böyük iyirmilik” liderlərinin videokonfransından sonra ABŞ Prezidenti Donald Tramp danışıqların nəticələri barədə danışıb.

“RİA Novosti” xəbər verir ki, Tramp onların koronavirusa qarşı mübarizəyə hazır olduqlarını bildirib.

“Ölkələrin koronavirusla bağlı məlumatları bir biri ilə bölüşməsi çox vacibdir. ABŞ virusun yayılmasının qarşısını almaq üçün dünya üzrə bütün dost və tərəfdaşları ilə əməkdaşlıq edir. Mən G20 liderlərinin bu istiqamətdə səylərini yüksək qiymətləndirirəm”, - deyə prezident əlavə edib.