“Armani” brendi tibbi xalat istehsalına keçdi
04:00 27-03-2020 617
Dünya şöhrətli “Armani” brendi müvəqqəti olaraq öz istehsal gücünü yeni səmtə yönəldib.
“Repubblica” qəzeti xəbər verir ki, brend hal-hazırda koronavirusla mübarizə aparan həkimlər üçün birdəfəlik tibb xalatları istehsal edir.
Bundan əlavə, moda evinin təsisçisi Corcio Armani virusun yayılmasınını qarşısını almaq üçün bir neçə milyon avro vəsait ayırıb.