Məşhur “Marakana” stadionu xəstəxana kimi fəaliyyət göstərəcək

04:40 27-03-2020 16

Məşhur “Marakana” stadionunun daxil olduğu Braziliyanın Rio-de-Janeyro idman kompleksi koronavirus xəsətələri üçün müvəqqəti xəstəxana fəaliyyəti göstərəcək.

“Reuters” xəbər verir ki, yerli hakimiyyət kompleksdə neçə yataq olacağını hələ müəyyənləşdirməyib.

Həmçinin xəstəxananın futbol stadionunda və ya kompleksin başqa hissəsində qurulacağı bilinmir.

Xatırladaq ki, hal-hazırda Braziliyada 2,9 min nəfər koronavirusa yoluxub, 78 nəfər isə xəstəliyin qurbanı olub.