Türkiyə xaricə uçuşları tamamilə dayandırdı

00:40 28-03-2020 327

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı yeni tədbirlər paketinin hazırlandığını açıqlayıb.

“Haber Global” bu barədə məlumat verib.

Ərdoğan qeyd edib ki, insanlar müəyyənləşdirilən qaydalara düzgün şəkildə riayət etməlidirlər. 

Nəzərdə tutulan tədbirlər isə aşağıdakılardan ibarətdir:

“Şəhərlərarası səyahətlər bundan sonra valiliyin icazəsindən asılı olacaq. Dövlət və özəl sektorlarda işçilərin sayı minimuma endiriləcək, ictimai nəqliyyatda sərnişinlər seyrək oturacaq, istirahət zonaları həftəsonu qapalı olacaq, həftəiçi insanlar toplu halında olmayacaq, hərbi xidmətdən gələnlər 14 gün karantində qalacaq, xaricə uçuşlar tamamilə dayandırılacaq, bütün şəhərlərin rəhbərliyi ilə pandemiya qaydalarına uyğun toplantılar olacaq və lazım gəldikdə əlavə tədbirlər də görüləcək”.