Karantində olan meksikalı bazarlıq etməyin maraqlı üsulunu tapıb - FOTO

03:00 28-03-2020 396

Meksika sakini ev karantini zamanı necə qida əldə etdiyindən danışdı.

Bu barədə “Daily Mirror” yazır.

Antonio Munyosun (Antonio Muñoz) sözlərinə əsasən, koronavirus infeksiyasının epidemiyası zamanı çihuahua cinsindən olan iti alış-veriş edir. O, təcrid olunduğunun üçüncü günü heyvanın xaltasına pul və satıcı üçün qeyd qoyaraq onu mağazaya göndərib.

“Zəhmət olmasa, itimə bir az “Cheetos” çipsi satın. Narıncı verin. Qırmızılar çox acı olur. 20 dollar onun xaltasındadır. Diqqət: iti incitsəniz, dişləyə bilər”, - deyə Munyos yazıb.

Onun sözlərinə əsasən, iti tapşırığın dalınca yollananda bir qədər həyəcanlı idi, lakin əbəs yerə qorxurmuş.  Tezliklə çihuahua mağazadan sişlərində çips paketi ilə qayıdıb.