Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

16:54 12-07-2019 675

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

HerGun.Az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr verib.

Əmrə əsasən, polkovnik Əbülfət Rzayev BMCMİ-yə rəis təyin edilib. O, bu postda Seyfulla Əzimovu əvəzləyib.

Xatırladaq ki, Ə.Rzayev bundan əvvəl Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

İlhamə Əbülfət