ABŞ-a köçən şahzadə Harri ailəsinin təhlükəsizlik xərclərini özü ödəyəcək

00:40 30-03-2020 332

ABŞ Kanadadan Los-Ancelesə köçən Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizlik xərclərini ödəməyəcək. 

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb. 

“Mən Kraliçanın (Böyük Britaniya kraliçası II Elizabet – Red) və Böyük Britaniyanın böyük dostu və pərəstişkarıyam. Krallığını tərk edən Harri və Meqanın Kanadada daimi yaşadıqları bildirilirdi. İndi Kanadanı tərk edib ABŞ-a gəliblər, amma ABŞ onların təhlükəsizliyini təmin etmək üçün ödəniş etməyəcək” - deyə Tramp yazıb. 

Bundan əvvəl Böyük Britaniyanın “The Sun” qəzeti Harri və həyat yoldaşı Meqan Marklın Kanadadan Los-Ancelesə getdiklərini və orada daimi məskunlaşmağı planlaşdırdıqlarını bildirmişdi.