Moskvadan qalxan təyyarə qəza enişi etdi
01:20 30-03-2020 441
Soçi-Moskva reysi ilə hərəkət edən sərnişin təyyarəsi Moskvanın Şeremetyevo hava limanına təcili eniş edib.
“RİA Novosti” xəbər verir ki, təyyarənin sol mühərrikində yaranmış nasazlıq səbəbindən həyəcan siqnalı işə düşüb.
Bildirilir ki, təyyarədə 154 sərnişin və 7 nəfər ekipaj üzvü olub.