Ukraynalı nazirlər istefaya getdi

05:00 30-03-2020 391

Ukraynanın Maliyyə Naziri İqor Umanskiy və Səhiyyə Naziri İlya Yemeç istefaya gediblər.

“Lenta.ru” xəbər verir ki, bu haqda ölkənin “Avropa həmrəyliyi” partiyasını təmsil edən millət vəkili İrina Geraşenko öz “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə Zelenskinin ikinci höküməti nazirlərin dəyişməsi sürəti baxımından rekorda imza atıb.

“Həmin nazirlər bir ay müddətində vəzifələrini icra ediblər. İstefaya isə koronavirusun tüğyan etdiyi bu dönəmdə gediblər”, - deyə deputat əlavə edib.