İranda bir gündə COVID-19-a yoluxanların sayı rekord həddə çatdı

17:20 30-03-2020 321

İranda son 24 saatda COVID-19-a yoluxanların sayı rekord həddə çatıb.

TASS xəbər verir ki, İranda bir gün ərzində koronavirusa yoluxanların sayı artaraq 3 186 nəfər olub.

Virusa yoluxanların ümumi sayı isə 41 495 nəfərdir.

Son 24 saatda virusa yoluxan 117 nəfərin öldüyü bildirilir.

Bununla da, İranda koronavirusdan ölənlərin sayı 2 757 nəfər olub.

13 911 nəfərin bu xəstəlikdən sağaldığı qeyd edilir.