Azərbaycanda 424 kriminal qrup zərərsizləşdirildi

17:54 12-07-2019 712

Bu ilin altı ayında mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib.

HerGun.Az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2019-cu ilin altı ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında deyib.

Nazir bildirib ki, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfər cinayət məsuliyyətinə cəlb edilib, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitə çıxarılıb və 74 tona yaxın narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.