Çində güclü meşə yanğını 19 nəfərin həyatına son qoydu

22:40 31-03-2020 355

Çində dünən yerli vaxtla saat 16.00 radələrində bir fermada meydana gələn yanğın güclü küləyin təsiri ilə yaxınlıqdakı dağlıq bölgəyə yayılaraq, irimiqyaslı yanğına səbəb olub.

“Shinhua” agentliyinin verdiyi xəbərə görə, gecə saat 02:00 radələrində yanğın istiqamətini dəyişərək meşə ərazisinə keçib.

Geniş sahəyə yayılan yanğın söndürülərkən faciə baş verib.

Xilasetmə tədbirlərindən sonra 18 yanğınsöndürən və onlara rəhbərlik edən yerli meşə işçisinin meyiti tapılıb.

Yaralanan üç yanğınsöndürən isə xəstəxanaya yerləşdirilib.