Ağ Evdən qorxunc proqnoz: “Ölkədə 200 min insan ölə bilər”

09:40 01-04-2020 359

Koronavirus pandemiyası nəticəsində ABŞ-da 200 minə qədər insan ölə bilər.

TASS-ın məlumatına görə, bu barədə Ağ evin koronavirusun yayılmasına qarşı mübarizə üzrə koordinatoru Debora Birks açıqlama verib.

D.Birks bu fikri Nyu-York şəhərinin rəhbərliyindən əldə edilmiş məlumatlar əsasında səsləndirdiyini bildirib.

Son məlumatlara görə, ABŞ-da 188 mindən artıq COVID-19-a yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 4000-i keçib.