Kanadanın baş naziri: “Bizim üçün prioritet həkimlərimizin sağlamlığıdır”

17:40 02-04-2020 371

Kanadanın federal hökuməti koronavirusla mübarizə aparan həkimlərin müdafiəsini təmin edən tibbi avadanlıqların alınmasına 2 milyard dollar məbləğində vəsait ayırıb.

“Ukrinform” agentliyi xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo açıqlama verib.

Baş nazir qeyd edib ki, Kanada hökuməti üçün tibb işçilərinin sağlamlığı və onların mühafizə edilməsi başlıca məsələdir.

Castin Trüdo vurğulayıb ki, bu günə qədər Kanadanın səhiyyə sistemi tibbi avadanlıqların çatışmazlığından əziyyət çəkməyib, lakin onlar COVID-19 epidemiyasının inkişafının ən pis ssenarilərinə hazır olmalı və qabaqlayıcı tədbirlər görməlidirlər.