Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

19:00 02-04-2020 313

Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz dayanmağa və durmağa görə cəriməni ləğv edib. 

Bu barədə “Report”a Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

“Bu cəriməni tətbiq edərkən bildirmişdik ki, əsas məqsədimiz yollarda rahat hərəkəti təmin etməkdir. Hazırda yollarda rahat hərəkət var”, - o qeyd edib.