Mərdəkanda qəza: beş maşın bir-birinə dəydi - VİDEO

22:27 12-07-2019 18

Bakıda zəncirvari avtomobil qəzası olub.

HerGun.Az xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Bu barədə sosial şəbəkə istifadəçiləri video paylaşıblar.

Videodan görünür ki, Sergey Yesenin küçəsi ilə hərəkət edən beş avtomobil bir-biri ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.