Nazir keçmiş icra başçısına yüksək vəzifə verdi

19:20 02-04-2020 443

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.

HerGun.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o bundan əvvəl İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin martın 5-də vəzifəsindən azad edilib.