Karantin rejimində uşağını gəzdirməyin yolunu tapdı - FOTO

00:00 03-04-2020 300

Koronavirusla bağlı özünütəcrid rejimi təmiz hava qəbul etmək istəyən Rusiya sakinini qeyri-adi yola əl atmağa sövq edib. Belə ki, o, övladı ilə birlikdə yaşadığı evin damında gəzintiyə çıxıb.

Bu barədə “Vesti” xəbər yayıb.

Bildirilir ki, şahidlər bunu gördükdən sonra xilasediciləri çağırıblar.

Məlum olub ki, kişi bu yolla tam özünütəcrid rejimini pozmadan gəzintiyə çıxmaq istəyib. Tikilinin damına isə ikinci mərtəbədə olan mənzilinin pəncərəsindən çıxıb. O, bir daha belə hərəkət etməyəcəyinə söz verib.