Məkkə və Mədinədə komendant saatı elan olundu

02:00 03-04-2020 389

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində komendant saatı elan edilib. 

TASS bildirir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cümə axşamı günündən etibarən tətbiq olunan komendant saatında şəhər sakinlərinə yalnız səhər saat 6:00-dan günorta 15:00-dək ərzaq və dərman almaq üçün küçəyə çıxmaq icazəsi veriləcək. Həmçinin insanlara yaşadıqları evlərdən çıxmamaq barədə ciddi xəbərdarlıq edilib.

Müsəlmanların bu iki müqəddəs şəhərində ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün iaşə obyektləri fəaliyyətini dayandırıb.