Amerikalı dostunun gözlərini çıxardaraq ona 16 dəfə atəş açdı

04:20 03-04-2020 306

ABŞ-ın Perhem şəhərində (Minnesota ştatı) bir evdə qalan dostlar arasında mübahisə düşüb.

“Metro” xəbər verir ki, 30 yaşlı Derek Svir otaq yoldaşı Brendon Snayederlə əlbəyaxa olub.

D.Svir dostunu ölümlə təhdid etdikdə yumruq zərbəsi alıb.

Bundan sonra o, B.Snayderin üstünə cumaraq sonuncunu yerə yıxıb.

Yerə yıxdıqdan sonra Derek əlindəki bıçağı ilə dostunun gözlərini çıxardıb.

Bununla yetinməyən cinayətkar otaq yoldaşına iki tüfəngdən 16 dəfə atəş açıb.

Onun öldüyündən əmin olan D.Svir polisə zəng vuraraq törətdiyi əməli etiraf edib.

Məhkəmə qarşısına çıxan cinayətkar bu əməli özünü müdafiə etmək səbəbi ilə etdiyini bildirib.