Rusiyada yatmış insanı diri-diri yandırdılar

06:00 03-04-2020 599

Rusiyanın Soçi şəhərində 35 yaşlı kişini yatan zaman üzərinə benzin tökərək yandırıblar.

“İnterfaks” xəbər verir ki, cinayəti 51 yaşlı əvvəllər məhkum olmuş şəxs törədib.

Xəsarət alan şəxs ikinci və üçüncü dərəcəli yanıqlarla xəstəxanaya yerləşdirilib.

Hal-hazırda cinayətin təfərrüatları araşdırılır.