Ermənilər Ağdamda yanğın törətdilər

00:00 13-07-2019 89

Ermənistan hərbi qüvvələri Ağdam rayonunun nəzarət etdikləri ərazilərində yenidən yanğın törədiblər.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, havanın küləkli olması alovun qısa müddətdə yayılmasına səbəb olub.

Bir neçə saatdır davam edən yanğınlar təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrindən açıq-aydın müşahidə edilir.