Tramp Putinin etdiyi gözəl jestdən danışdı

11:00 03-04-2020 349

ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfindən göndərilmiş humanitar tibbi yardımı Vladimir Putinin gözəl jesti adlandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Tramp Rusiyanın ABŞ-a bir çox insanın həyatını xilas etməyə imkan verəcək yüksək keyfiyyətli tibbi avadanlıqlar göndərdiyini vurğulayıb.

Xatırladaq ki, Rusiya Nyu-Yorka 60 ton ağırlığında tibbi vasitələr göndərib.