60 il sonra bəlli oldu ki, beyninin yarısı yox imiş - Moskvada qəribə hadisə - FOTO

00:27 13-07-2019 16

Moskvada həkimlər maraqlı situasiya ilə qarşılaşıblar.

“Lenta.ru” xəbər verir ki, keçici işemik həmlə şikayəti ilə xəstəxanaya müraciət edən 60 yaşlı kişinin beyninin yarısı olmadığı aşkarlanıb.

Radioloqlar onu kompüter tomoqrafiya ilə müayinə edərkən məlum olub ki, xəstənin anadangəlmə beyninin sol kürəsi yox imiş.

Araşdırmalar nəticəsində bəlli olub ki, bu hal erkən hamiləlik zamanında yaranıb. Uşaq dünyaya beyninin bir yarımkürəsi olmadan gəlib. Buna baxmayaraq, o, məktəbi bitirib, hərbi xidmətdə olub, hətta ali təhsil alaraq uzun illər Moskvaətrafındakı zavodların birində mühəndis kimi fəaliyyət göstərib.

Həkimlər bildiriblər ki, xəstənin hərəkət aparatında, görməsində və psixikasında heç vaxt problem olmayıb. Onun bu yaşa qədər yaşaması möcüzə olaraq dəyərləndirilib.

Sözügedən kişi əlavə heç bir araşdırma və müalicəni qəbul etməyərək bildirib ki, bu vaxta qədər belə yaşayıb və heç bir şikayəti olmayıb: “Bundan sonra da özümə əlavə problem yaratmaq istəmirəm”.