BMW və “Mercedes” küləyin yıxdığı ağacın altında qaldı - FOTO

01:45 13-07-2019 539

Bakıda güclü külək ağacı iki avtomobilin üzərinə aşırıb.

HerGun.Az xəbər verir ki, hadisə Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 32 ünvanında baş verib.

Güclü külək səbəbindən həyətdə olan ağac “BMW X5” və “Mercedes” markalı avtomobillərin üzərinə aşırıb.

Hadisə zamanı yaxınlıqda heç kəs olmadığından xəsarət alan olmayıb.

Avtomobillərə isə ciddi ziyan dəyib.

Kamil Əmirli

Elşad Mətləboğlu