Avtomobillər toqquşdu, iki nəfər yaralandı
02:00 13-07-2019 717
Binəqədi rayonunda iki avtomobil toqquşub.
HerGun.Az xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.
İki minik avtomobili toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Məmmədov Eldost və 1959-cu il təvəllüdlü Məmmədova Narxanım Xeyrulla qızı ağır yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
E.Məmmədova kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu