“Avroviziya” təşkilatçıları müsabiqə əvəzinə onlayn-konsert keçirəcəklər

06:00 04-04-2020 427

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları may ayının 16-da onlayn-konsert keçirəcəklər.

Bu barədə müsabiqənin saytında bildirilir.

Məlumata əsasən, “Eurovision: Europe Shine A Light” adlı şouda müxtəlif ölkələrdən olan 2020-ci ilin, eləcə də ötən illərin iştirakçıları çıxış edəcəklər.

İki saat sürəcək konserti “Avroviziya”nın rəsmi “YouTube” kanalında izləmək mümkün olacaq.

“Biz Avropanı praym-taymda unikal televiziya proqramı ilə birləşdirmək niyyətindəyik. Başqa ölkələrdəki bütün yayımçıları şounu vəhdət və birlik ruhunda translyasiya etməyə səsləyirik”, - təşkilatçılar qeyd ediblər.

Şounu  niderlandlı aktrisa Şantal Yanzen, müğənni Edsiliya Rombli (1998 və 2007-ci illərdə müsabiqənin iştirakçısı) və aktyor Yan Smit aparacaqlar.