Somali hotelində terror – Ölənlər var

02:36 13-07-2019 14

Somalinin Kismayo şəhərində yerləşən hoteldə baş verən partlayış nəticəsində ən azı 10 nəfər ölüb.  

“Reuters”in verdiyi məlumata görə, hoteldə yerli məmurların toplantısı keçirilirdi. 

Partlayışa görə məsuliyyəti Aş-Şabab radikal islam qruplaşmasıöz üzərinə götürüb.

Qeyd edillir ki, partlayışdan sonra keşikçilərlə terrorçular arasında atışma baş verdiyi üçün ölənlərin sayı arta bilər.