Millimizin güləşçisi: “Sinif yoldaşımda virus tapılmışdı”

13:00 04-04-2020 413

“Dostumun toyuna görə İrana getməli idim. Çoxdandır ki, Güneyə getmirəm. Koronavirusa görə sərhədlər bağlandı, toy da təxirə salındı. Yoxsa istəyirdim ki, gedib 10 günə yaxın orada qalım”.

Bunu HerGun.Az-a çimərlik güləşi üzrə millimizin üzvü Oyan Nəzəriani deyib.

Urmiya doğumlu idmançımız daha çox Bakıda evdə qaldığını söyləyib:

“Mübarizəni hamı kimi evdə qalmaqla aparıram. Arabir marketə gedəndə maska taxıram. Adi həyatımıza qayıtmaq istəyirəm. Ümid edirəm ki, bu bəla tezliklə dünyadan gedəcək”.

O daha sonra yaxınları barədə danışıb:

“Şükür Allaha ki, Güneydə yaxınlarımdan heç kim virusa yoluxmayıb. Amma İstanbulda təhsil alan sinif yoldaşım Əmir Sadiqdə virus tapılmışdı. O da üç həftəyə bu virusa qalib gəldi”.

Səbuhi Musayev