Bu ölkədə 600 hərbçi koronavirusa yoluxdu

13:40 04-04-2020 336

Fransada 600 hərbi qulluqçu koronavirusa yoluxub.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Fransanın Müdafiə naziri Florans Parli açıqlama verib.

Fransanın Baş Səhiyyə İdarəsinin direktoru Jerom Salomon isə ötən gün verdiyi açıqlamada ölkədə 82165 nəfərin koronavirusa yoluxduğunu bildirib.

Ölkədə 6507 nəfər isə virusun qurbanı olub.