TƏBİB koronavirusla mübarizə üçün könüllü səhiyyə işçiləri axtarır

17:40 04-04-2020 468

Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

HerGun.Az xəbər verir ki, COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikamızın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq müraciət edə bilər.