UEFA-nın rəhbəri avrokuboklar üçün son tarixi açıqladı

03:00 05-04-2020 438

Futbol üzrə Çempionlar Liqasının finalı avqustun 3-dək başa çatmalıdır.

Bu barədə Avropa Futbol Assosiasiyası İttifaqının prezidenti Aleksander Çeferin (UEFA) ZDF telekanalına açıqlamasında bildirib. 

“Turniri eyni formatda davam etdirmək və ya  bir oyunluq sistemlə keçirmək  olar. Vəziyyət fövqəladədir, lakin Çempionlar Liqası avqustun 3-ə qədər başa çatmalıdır. Biz duruma uyğunlaşmalıyıq. Hazırda Çempionlar Liqası və Avropa Liqasının qalan oyunlarının may, iyun və iyulda necə keçirəcəyimiz üzərində işləyirik”, - deyə Çeferin bildirib.

Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.