Boris Consonun hamilə nişanlısı özünütəcriddədir - COVID-19-un simptomları aşkar edildi

03:40 05-04-2020 372

Britaniyanın Baş naziri Boris Consonun hamilə nişanlısı Kerri Saymonds özündə koronavirusun əlamətlərini aşkar edib.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb. 

“Mən ötən həftəni koronavirusun əsas simptomları ilə yataqda keçirdim. Test etməyə ehtiyac yoxdur. Yeddi gün istirahət etdikdən sonra özümü daha yaxşı hiss edirəm və  artıq sağalmağa doğru gedirəm”, - deyə Saymonds yazıb.

O əlavə edib ki, hamiləlik zamanı COVID-19-a yoluxmaq çox təhlükəlidir.

Xatırladaq ki, koronavirusa yoluxduğu üçün Britaniyanın Baş nazirinin özü də artıq bir həftədir  “özünütəcriddədir”.