“Meyvəli bazar”da anbarları su basdı - AÇIQLAMA+VİDEO
14:40 05-04-2020 447
Sədərək Ticarət Mərkəzi yaxınlığında kanalizasiya boruları partlayıb.
HerGun.Az-ın məlumatına görə, ötən gecə baş verən hadisə nəticəsində “Meyvəli bazar”ın anbarlarını su basıb.
Hadisə nəticəsində sahibkarların mallarına ciddi ziyan dəyib.
Məsələ barəsində əməkdaşımız “Azərsu” ASC ilə əlaqə saxlayıb.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında bildirib ki, orada qurumun heç bir infrastrukturu yoxdur: “Orada ASC- yə məxsus kanalizasiya xətti, kollektoru yoxdur. Çox güman ki, baş verən hadisə dünən yağan yağışla bağlı olub”.
Həmin görüntüləri təqdim edirik:
İlhamə Əbülfət