“Facebook” təslim oldu – 5 mlrd dollarlıq cərimə gözlənilir

07:00 13-07-2019 665

 

ABŞ-ın Federal Ticarət Komissiyası istifadəçilərin məlumatlarının sızdırılması ətrafında aparılan araşdırma ilə əlaqədar “Facebook” rəhbərliyi ilə razılığa gəlib. Sazişə əsasən, sosial şəbəkə 5 mlrd dollar məbləğində cərimə ödəməlidir.

Bu barədə “Reuters” mənbəyə əsasən məlumat verir. 

Bildirilir ki, sazişdə “Facebook”un istifadəçilərin məlumatlar bazası ilə işi üzrə bəzi məhdudiyyətlər də qeyd olunub.

Agentliyin məlumatına əsasən,  ABŞ Ədliyyə Nazirliyi sazişə müsbət rəy verdiyi təqdirdə, bu, komissiyanın bütün tarixi böyük cəriməsi olacaq.

Xatırladaq ki, 2018-ci ildə “Facebook”un “Cambridge Analytica” şirkəti üzərindən 87 mln istifadəçinin məlumatlarını sızdırdığı bəlli olduqdan sonra sosial şəbəkə qalmaqal mərkəzində olmuşdu.