Futbol klubunun həkimi koronavirusa yoluxduqdan sonra intihar etdi

01:20 06-04-2020 369

Fransanın “Reyms” fubol klubunun həkimi Bernar Qonsales koronavirusa yoluxduğunu biləndən sonra intihar edib.

Bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.

Həkimin 60 yaşı olub. O, bir müddət karantin qaydalarına riayət edərək həyat yoldaşı ilə birlikdə evdə qalıb. Daha sonra həyat yoldaşının da koronavirusa yoluxduğunu öyrənib.

Məlumatda deyilir ki, Qonsales intihar səbəbini yazdığı məktubda açıqlayıb. Lakin Reyms şəhərinin meri həmin məktubun məzmununu açıqlamaqdan imtina edib.